Excursion


“Məktəblilərin Ulduza səyahəti”
 
“Ulduz” şokolad fabriki olaraq 14.12.2010-cu il tarixdən “Məktəblilərin Ulduza səyahəti” adı altında növbəti lahiyəyə start vermişdir. Layihənin əsas məqsədi məktəblilərin Fabrikə ekskursiyasını təşkil etməkdən ibarətdir. Ekskursiya çərçivəsində məktəblilərə şokoladın tarixi, tərkibi, hazırlanması və xeyirləri barəsində məlumatlar verilir. Məktəblilər şokoladların dadına baxdıqdan sonra, daddıqları şokoladların necə hazırlanmasını öz gözləri ilə görmək üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik, sanitar-gigyenik qaydaları ilə təlimatlandırılaraq İstehsalat sahəsinə aparılır. İstehsalat sahəsinə daxil olarkən üst (ağ xələt), baş və ayaq geyimlərini geyinərək əllərini yuyub dizenfeksiya etdikdən sonra Fabrik mütəxəssislərinin nəzarəti altında şokoladın hazırlanması prosesi ilə tanış edilir. Məktəblilərin Fabrik haqqında fikirləri öyrənildikdən sonra onlara hədiyyələr verilir.
            09.03.2011-ci il tarixədək müxtəlif vaxtlarda Bakı şəhərində yerləşən 6 məktəbdən 421 şagird “Ulduz” şokolad fabrikində olmuşdur.
            Hal-hazırda layihə davam edir.