Loading
“Ulduz” Şokolad Fabriki
2001-ci ildən fəaliyyətə başlayan “Ulduz” Şokolad Fabriki tez bir zamanda yerli bazarın sevimli qənnadı istehsalçısına çevrilərək “Milli brend” statusunu qazana bilmişdir. Qənnadı məmulatları və qida məhsulları sənayəsinə yeni keyfiyyət və dad gətirən fabrik, ən müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər istehsal edərək istehlakçıları illərdir ki, məmnun etməkdədir. Bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik “Xonça”, “Rocky”, “Tango”, “Coco”, “Sweet”,“Moredo”, “Belore” kimi şokolad və karamellər istehsal etməkdədir. Həmçinin, yerli bazar üçün tamamilə yeni olan tərxun tamlı “Сочный тархун” karamelini də istehlakçılara təqdim etmişdir. Öz üstünlükləri ilə daxili bazarda rəqibsiz olan fabrik, bu gün dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək gücdədir, belə ki, “Ulduz” markaları hazırda 20 – ə qədər ölkəyə - Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, İran, Malaziya, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri - ixrac olunur. Fabrik, İngilis Pərakəndəçilər Birliyi, Beynəlxalq Qida Standarlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, digər yerli və beynəlxalq qurumların da standartlarını qazanmışdır.
Sertifikatlarımız