Tədbirlər

Dünyanın şokolad eksperti sayılan Belçikanın "Barry Callebaut" firması ilə əməkdaşlıq edən Ulduz Şokolad Fabriki festival zamanı öz istehlakçılarına və bulvarın qonaqlarına müxtəlif çəki şokoladları, konfetlər, batonlar, hədiyyəlik qutular və s. təqdim etdi.

Fabrikin sərgilədiyi əsas məhsul FAVO batonlarıdır, hansı ki, inqridiyentlərinə görə natural və az kalorili hesab olunur. Tərkibindəki taxıl bitkiləri və az miqdarda xalis şokolad kütləsinə görə sağlam qidalar kateqoriyasına daxil olan FAVO batonları iki çeşiddə - şokoladlı və portağalı – təqdim olunub. Bundan başqa, festival iştirakçılarına Ulduz stendində “Xonça”, “Tango”, “Coco Ulduz”, “Sweet” kimi südlü və xalis şokolad örtüklü şokolad konfetləri, jele tipli konfetlər və karamellər də təqdim olunub.  O da qeyd olunmalıdır ki, Ulduz Şokolad Fabriki 28 May – Cümhuriyyət Gününə özəl olaraq ənənəvi Belçika texnologiyası əsasında hazırladığı, yeni “Azərbaijan Chocolate” və  “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutularının da satışı təşkil edilib.

Məhsullarının ekoloji baxımdan təhlükəsiz və sağlam qida olduğuna zəmanət verən Ulduz Şokolad fabriki İngilis Pərakəndəçilər Birliyi və  Beynəlxalq Qida Standarlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.