Tədbirlər

Yarmarkada "Ulduz" Şokolad Fabriki bol südlü xalis şokoladlı “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, yeni karamel çeşidləri olan “Zima Xoloda”, “Centro”, “Coffone” qat-qat karamelləri, “Favo” müsli batonları, xüsusilə turistlərin diqqətini çəkən “Azerbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutuları, içərisi surprizlərlə bol olan yeni il hədiyyəlik qutuları ilə fabrik satış qiymətinə şəhərimizin sakinlərinin və qonaqlarının ixtiyarında olacaqdır.

Hər birinizi hər gün saat 11:00-dan axşam 23:00-a qədər davam edən yarmarkada yerləşən Ulduzun şirin evciyinə dəvət edirik.

Qeyd edək ki, Ulduz Şokolad Fabriki Belçikanın məşhur şokolad firması olan “Barry Callebaut” ilə əməkdaşlıq edir.

Fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standartlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.