Tədbirlər

Əsl şokolad sevgi kimidir, onu daddıqda varlığını , paylaşdıqda isə həmin anın şirinliyini müxtəlif formalarda hiss edə bilirsiniz. 
Elə buna görə də , Azərbaycanın ən böyük şokolad fabriki olan "Ulduz" Şokolad Fabriki 11 iyul Beynəlxalq Şokolad Günü münsibətilə şəhərin mərkəzində  insanları maraqlı formada təbrik edib. 
Əməkdaşlarımız Pandemiya dövründə məşhurlaşan, trendə çevrilən "salamlaşma" forması  ilə insanlara yaxınlaşıb əllərini açaraq ovuclarındakı Ulduz şokoladlarını hədiyyə ediblər. Bu zaman hədiyyə əldə edən insanların üzündə xoş təbəssüm yaranıb. Ulduz Şokolad fabrikinin bu layihəni etməkdə əsas məqsədi maraqlı bir mesajı insanlara çatdırmaq olub. Mesajın ana məğzi "Xoşbətlik üçün sehrə ehtiyac yoxdur" fikrini insanlara aşılamaqdır. Həqiqətən də kiçik şeylərlə belə, insanların üzündəki təbəssümün səbəbi olmaq mümkündürsə, nə üçün elə bu anda sevdiklərimizdə xoşbəxtlik hissi oyatmayaq? Axı, Xoşbətlik üçün sehrə ehtiyac yoxdur.