Sərgilər

"World Food Moscow" da ənənəvi olaraq iştirak edən qənnadı brendimiz yeni məhsul çeşidləri olan jele tipli “Jellini”, modern yaşam tərzinin sağlam qidası sayılan “Favo” müsli batonları, bol südlü , xalis şokolad örtüklü “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, ənənəvi Belçika texnologiyası əsasında hazırlanan yeni “Azərbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutuları sərgi ziyarətçiləri tərəfindən xüsusi diqqət və rəğbətlə qarşılanıb. Yeni məhsullarla yanaşı 80-dən çox keyfiyyətli və müxtəlif çeşidli “Ulduz” şokolad fabrikinin məhsulları sərgi iştirakçılarına təqdim edilib.

Böyük nüfuz və ənənələri özündə cəmləşdirən sərgidə Çin, Monqolustan, Ukrayna, Rusiya, İraq, Orta Asiya ölkələrindən "Ulduz" Şokolad Fabrikinin məhsullarına xüsusi diqqət yaranmışdı. 18 ildir ki, fəaliyyət göstərən fabrikin məhsullarını bəyənən müştərilərlə işgüzar görüşlər keçirilmiş və əməkdaşlığa dair ilkin danışıqlar aparılmışdır. “Ulduz” Şokolad Fabrikinin məhsullarını 20 ölkəyə ixrac etməsi, onu milli brendlə yanaşı, həm də ixracyönümlü brend kimi mövqelənməyə imkan verir.

"Ulduz " Şokolad Fabrikinə olan böyük maraq və diqqət istehsal prosesində xüsusi önəm verilən nüansın, keyfiyyətli məhsul konsepsiyasının nümunəsidir. Keçirilən görüşlər və ümumilikdə, stendə göstərilən marağa görə "WorldFood Moscow 2019"u fabrikin növbəti beynəlxalq uğuru kimi qiymətləndirmək olar.