Moskvada "Krokus Ekspo" Mərkəzində 30-cu, yubiley "WorldFood Moscow" qida məhsulları sərgisi açılıb. Sentyabrın 24-dək davam edən sərgi çərçivəsində Ulduz şokolad fabrikinin əməkdaşları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.
“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Moskva Beynəlxalq Qida Sərgisində “Ulduz Şokolad Fabrikinin" istehsal etdiyi Korovka, Vafelka, Premium milli qutular, Start Choco, Start Coco, Start Mix, Enershock, Tango, Xonça, Coco, Sweet şokolad konfetləri məhsulları sərgilənib. Nəzərinizə çatdıraq ki, Qafqazda ilk və tək karovka istehsalı Ulduz şokolad fabrikində həyata keçmişdir.