Sərgilər

“Olduqca qürürverici haldır ki, 150-yə yaxın ölkənin iştirak etdiyi Asiyanın ən iri sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə böyük sevgi ilə təmsil edirik. Sərgiyə qatılan iştirakçıların əksəriyyəti Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq məhsullarımız ilə yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə edirlər. Bundan başqa Tailandın TV kanalları da Azərbaycanı təmsil edən "Ulduz" Fabriki haqqında maraqlanaraq geniş reportaj hazırlayıblar” - deyə E.Allahverdiyev vurğulayıb.
 
Qeyd edək ki, 2016-cı ildə keçirilmiş “THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisinə dünyanın 140 ölkəsindən 42 min izləyici qatılmışdır.
 
Xatırladaq ki, 2001-ci ildən fəaliyyətə başlamış "Ulduz" Şokolad Fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə məhsul ixrac edir.