Damağınıza dad qatan milli brendimiz özünün bol südlü, xalis şokoladlı “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, “Favo” musli batonu, müxtəlif karamel çeşidləri, yeni “Azerbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutu məhsulları ilə sərgi ziyarətçilərinin ixtiyarında olub. İlk dəfə bu sərgidə fabrikin yeni məhsulu – tərkibində düyü partlağı olan “Reina” kokoslu və yerfındıqlı şokolad konfetləri də sərgilənib.
Fevral ayının 10-dan 14-nədək keçirilən beynəlxalq sərgidə Ulduzun stendi iştirakçıların böyük marağına səbəb olub və ziyarətçilərin əksəriyyəti beynəlxalq standartlara cavab verən məhsullar haqqında geniş məlumat əldə ediblər.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir. Məhsullarının ekoloji baxımdan təhlükəsiz və sağlam qida olduğuna zəmanət verən fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standartlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.