Press relizlər

Ulduz Şokolad Fabriki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunmuş “WORLD FOOD 2017” Dünya Qida Sərgisində iştirak edir.
AFN xəbər verir ki, sentyabrın 14-nə qədər davam edəcək “WORLD FOOD 2017” Dünya Qida Sərgisinə ümumilikdə dünyanın 64 ölkəsindən 1500 şirkət qatılıb.
Fabrikin direktoru Mahir Balasıyev bildirib ki, fabrikin təqdim etdiyi beynəlxalq standartlara cavab verən 80-dən çox yüksək keyfiyyətli və rəqabətqabiliyyətli yeni çeşidli məhsulları sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir.
Xatırladaq ki, fabrik bundan əvvəl “Made in Azerbaijan” brendi ilə Asiyanın ən iri sərgisi “THAİFEX-WORLD of ASİA”da iştirak etmişdi.