Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz Şokolad Fabriki” 21-23 fevral tarixlərində "Araz" Supermarketlər şəbəkələrində keçirilən şokolad festivalında iştirak edib.
Festival çərçivəsində iştirak edən şəhərimizin sakinləri fabrikin bir çox çəki və ədədli şokolad çeşidlərini festivala özəl xüsusi endirimli qiymətlərlə əldə edib.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” Şokolad Fabriki yerli bazarla yanaşı, dünyanın 20-dən artıq ölkəsinə şokolad konfetləri ixrac edir.
22 fevral tarixində isə Günəşli və Sabunçu qəsəbələri, o cümlədən Sumqayıt şəhərində yerləşən “Araz" superstore filiallarında festivalla əlaqədar olaraq bol hədiyyəli, əyləncə dolu tədbir təşkil olunub. Tədbirdə festival ziyarətçilərinə şokolad məhsullarının hazırlanması ilə bağlı master-klass təşkil olunub, maraqlı oyunlar nəticəsində isə müxtəlif hədiyyələr verilib. Həmçinin Ulduz şokolad fabrikinin “Xonça”, “Tango”, “Coco ulduz”, “Sweet” kimi südlü və xalis şokolad örtüklü şokolad konfetlərinin, “Favo” müsli batonlarının dadımı edilib.