Пресс-релизы

Bu gün ölkədə “Ulduz” adında qənnadı məhsulları istehsal edən bir fabrik var və bu fabrik kifayət qədər məhsul istehsal edir. Maraqlıdır, məhsullarınız yalnız yerli bazarda satılır, yoxsa xarici bazarlara da çıxa bilir?

Bəli, 2001-ci ildənfəaliyyət göstərən “Ulduz” Şokolad Fabriki bu gün 100-dən çox şokolad və karamel çeşidi ilə alıcıların qarşısına çıxır. Sevindirici haldır ki, “Ulduz” brendi fəaliyyətinin elə ilk illərində xarici bazarlara da çıxa bildi. Dünya üzrə aparıcı qənnadı brendləri ilə rəqabət apara bilən “Ulduz” məhsulları artıq 20-ə yaxın ölkəyə - Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Yəmən və s. – ixrac olunur və daima beynəlxalq sərgilərdə iştirak edir.

Hazırda istehsalınız olan şokoladlara tələb hansı dərəcədədir?

Bu gün milli brend kimi, “Ulduz” şokoladlarına olan tələb bizi çox sevindirir. Bilirsiniz ki, ölkəmizdə yetəri qədər məşhur xarici markalar var ki, əhalimiz tərəfindən sevilir və alınır. Tam avtomatlaşdırılmış müasir istehsal avadanlıqlarının quraşdırılması nəticəsində fabrikimizdə məhsul istehsalı xeyli artmışdır. Nəticədə, “Ulduz” şokoladların xarici markalarla həm keyfiyyət, həm də istehsal baxımından rəqabətə tab gətirməsi, satış göstəricilərinin yüksək olması, ən əsası bizə gələn istehlakçı rəyləri məhsullarımıza tələbin yüksək olduğunu deməyə əsas verir.

Şokoladların ixracı haqqında nə düşünürsünüz?

İstənilən ixrac ilk növbədə ölkənin, daha sonra isə ixrac edən brendin imicidir. Əgər bir brend, yəni “Ulduz” şokoladları və konfetləri yuxarıda adı çəkilən ölkələrə öz markalarını ixrac edə bilirsə və bu ölkələrlə uzunmüddətli əməkdaşlıqlar qura bilirsə, bu məhsulumuzun ilk növbədə keyfiyyətindən, daha sonra isə ləzzətli olmasından xəbər verir. Bu gün “Ulduz” sərgilərə dəvət olunursa və “Made in Azerbaijan” brendi adı altında ölkəmizi təmsil edirsə, bu, Azərbaycan fabrikinin nüfuzunun və etibarlılığının göstəricisidir. İstənilən nüfuz və mövcudluq isə əlbəttə ki, keyfiyyət sayəsində mümkündür.

Gələcəkdə istehsalı hansı istiqamətdə genişləndirmək olar?

Qeyd etdiyimiz kimi, “Ulduz” Şokolad Fabriki yüzlərlə çeşiddə şokolad və karamellər istehsal edir. Lakin illər keçdikcə, təcrübə artdıqca, təbii olaraq hər bir
brend kimi biz də inkişaf etmək, fəaliyyət istiqamətlərimizi çoxaltmaq istəyirik. Yəqin ki, çox yaxın zaman ərzində istifadəyə veriləcəkyeni istehsal xətləri sayəsində daha da fərqli məhsullarımızı istehlakçılara təqdim edəcəyik. Yeri gəlmişkən, deyə bilərik ki, artıq bazarda tam yeni olan “Сочный тархун” adlıtərxun tamlı karamellər dətərəfimizdən alıcılarımıza təqdim olunub.

Məhsullara marketlərdə necə nəzarət olunur?

Məhsullara nəzarət şəxsən distribütorluğunu həyata keçirdiyimiz satış nöqtələrində Satış komandası – satış müdiri, satış təmsilçisi, merçendayzer - tərəfindən həyata keçirilir. Belə ki, həftədə bir dəfə bu nəzarət proseduru icra olunur. Bundan başqa, mağazalardakı məsul şəxslər də təhvil aldığı məhsulun son istifadə tarixini öz məlumat bazalarında qeyd edir, son istifadə tarixinə uyğun olaraq, həmin məhsullar satışdan çıxarılır.

İstehlakçı niyə sizin şirkətə inanmalıdır?

İstehlakçı “Ulduz” Şokolad Fabrikinə, onun istehsal etdiyi məhslullarda keyfiyyət və təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunmasına görə etibar etməlidir. Biz artıq 17 ildir ki, uğurla fəaliyyət göstəririk.Bu 17 ildə əldə olunan təcrübə, qazanılan etibar, bizimlə əməkdaşlığı davam etdirən dostlar, yəni partnyorlar bizə insanlar arasında inamı təmin edir. Ən əsası isə “Ulduz” Şokolad Fabriki sağlamlıq, təhlükəsizlik və və keyfiyyət zəmanəti olan Beynəlxalq Qida Standartını, İngilis Pərakəndəçilər Birliyi Standartını alan ilk yerli fabrikdir, həmçinin İSO 9001:2008 (Keyfiyyəti İdarəetmə Sistemi Standartı), İSO 22000:2005 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı), Halal – Dünya Halal Birliyi (World Halal Union) kimi standartları da əldə etmişik, hansı ki, bunlarsız bir qida müəssisəsinin fəaliyyət göstərməsi demək olar ki, mümkün deyil.