ULDUZ CHOCOLATE FACTORY
2001-ci ildən fəaliyyətə başlayan “Ulduz” Şokolad Fabriki tez bir zamanda yerli bazarın sevimli qənnadı istehsalçısına çevrilərək “Milli brend” statusunu qazana bilmişdir.
Qənnadı məmulatları və qida məhsulları sənayəsinə yeni keyfiyyət və dad gətirən fabrik, ən müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər istehsal edərək istehlakçıları illərdir ki, məmnun etməkdədir.
Bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik “Xonça”, “Rocky”, “Tango”, “Coco”, “Sweet”,“Moredo”, “Belore” kimi şokolad və karamellər istehsal etməkdədir.
MƏTBUATDA BİZ
FAKTLAR VƏ STATİSTİKA
İstənilən ixrac ilk növbədə ölkənin, daha sonra isə ixrac edən brendin imicidir. Bu gün “Ulduz” qənnadı məhsulları 20-ə yaxın ölkəyə ixrac olunmaqda, beynəlxalq sərgilərdə “Made in
Azerbaijan” adı altında nümayiş olunmaqdadır; bu isə həm "Ulduz"un, həm də Azərbaycanın
uğurudur.
Ölkəmizin iqtisadi-coğrafi baxımdan əlverişli zonada yerləşməsi, relyef səhtinin nəqliyyat hərəkəti üçün münasib
olması xarici partnyorlara bizimlə əməkdaşlıq etmək üçün fürsət verir. Bundan əlavə, fabrikimizin geniş olması,
müxtəlif məhsullar istehsal edə bilən istehsal xətlərimizin çoxluğu da bizə olan məhsul tələblərini ödəməyimizə
imkan verir.
Əməkdaşlıq etdiyimiz ölkələr
İştirak olunmuş sərgilər
Cari əməkdaşlıqlar